“Bizə penalti kimi göründü”

Premyer liqanın 10-cu turunda 1:1 başa çatan “Şamaxı” – “Qəbələ” oyunundan sonra, qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Bizi ağır səfər oyununun gözlədiyini bilirdik. Həm “Şamaxı” son turlarda məzmunlu, nizam-intizamlı futbol nümayiş etdirir, həm də təbii örtükdən süniyə keçmək bir az ağır olur. Çox sayda qol imkanları yaratdıq. Son oyunlarda belə epizodları dəyərləndirməkdə bir az əziyyət çəkirik. Yenə də heç nə itirilməyib. Daha yaxşı olmağa çalışacağıq. Xal itkisini təkcə Felipe Santosdan qaçırdığı epizodla bağlamazdım, ondan əvvəl Ramon Maçado və Rafael Utziqin də imkanları var idi.

Onlar bu şansları dəyərləndirsəydi, fərqli olardı. Futboldur, bəzən çətin epizoddan yararlanırsan, hərdən isə daha rahat vəriyyətdə çətinlik çəkirsən. Yəqin ki, hakimlər epizodu daha yaxşı dəyərləndirirlər. Top qapı istiqamətinə gedirdi. Bizə penalti kimi göründü. Yəqin ki, ədalətli qərar veriblər. Süni meydanda oynamaq həqiqətən də ağırdır. Məşqlərimizi təbii otda edirik və süniyə keçəndə ağır olur”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish