- Baxış sayı: 32
- 09 Mart 2026 23:52
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

Neymarın atası oğlunun “Santos”a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.
Allsport.az xəbər verir ki, o, bunun üçün hələ tez olduğunu bildirib:
“Arzu etmək çox vacibdir. Amma belə söz-söhbətləri sakit qəbul etmək lazımdır. Neymarın Braziliyadan kənarda oynamaq üçün hələ vaxtı var. İndi biz ancaq Neymarın zədəsini sağaltmağı düşünürük. Amma hamı bilir ki, biz “Santos”u nə qədər sevirik”.