“”Borussiya” da “Real” kimi burada olmaq fürsətinə layiqdir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Dortmund “Borussiya”sı ilə çempionlar liqasının finalı ilə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:

“Biz, bu heyrətamiz oyundan, ilin ən vacib oyunundan və iştirak etdiyimiz ən gözəl oyundan həzz almalıyıq. Daha bir finala çıxdığımız üçün çox şadıq.

“Borussiya” da “Real” kimi burada olmaq fürsətinə layiqdir. Bu, parlaq şəxsiyyətlərə malik güclü, yığcam komandadır”.

“Borussiya” – “Real Madrid” matçı iyunun 1-də “Uembli” stadionunda, Moskva vaxtı ilə saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan