“Brest” tarixində ilk dəfə medal qazandı

Brest 1-ci liqada bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, final raunduna qədər Erik Royun komandası “Lill”lə eyni xala (58) malik olmaqla 4-cü yerdə olsa da, eyni sayda qol və şəxsi görüşlərlə buraxılan qolların sayına görə ondan geri qalırdı.

34-cü turda “Brest” səfərdə “Tuluza”nı 3:0 hesabı ilə məğlub edərək 61 xal toplayıb, “Lill” isə evdə “Nitsa” ilə heç-heçə edib (2:2). Rəqibin səhvi sayəsində “quldurlar” sonda 3-cü yeri tutublar.

Həmin kateqoriyadan