“Bu gün bizdən yaxşı oynadılar”

Premyer liqanın 34-cü turunda “Sabah” səfərdə “Qəbələ”yə 0:1 uduzub. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Krunoslav Renduliç oyun haqda danışıb:

“Rəqibi təbrik edirəm. Bu gün bizdən yaxşı oynadılar. Birinci hissədə biz öz səviyyəmizə uyğun çıxış etmədik. Çoxlu top itirdik. Həmçinin meydanda futbolçular arasında əlaqə daha yaxşı olmalıydı. İkinci hissənin əvvəlində komanda yaxşı təsir bağışladı. İrəlidə rəqibə yaxşı təzyiq edirdik. Buna baxmayaraq, azlıqda qaldıq, bir nəfər azlıqda mübarizə aparmaq da çox çətindir. Bura qələbə üçün gəlmişdik. Lakin təəssüf ki, çoxlu səhvlərə yol verdik, bunun da qarşılığında məğlub olduq”

Həmin kateqoriyadan