“Bu qələbə bizim üçün çox önəmlidir“

Bu gün “Sabah” premyer liqanın 11-ci turunda səfərdə “Neftçi”yə 1:0 qalib gəldi.

Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların məşqçisi Artur Olenin  qələbəyə belə şərh verdi:

“Çox gərgin oyun alındı. İlk hissədə üstünlüyümüz yox idi, əsasən də kəskinlik yarada bilmirdik, amma 2-ci hissədə oyun üstünlüyünü əldə etdik, 1-2 dəfə də fərqləndik və sonda lazım olan qolu vurmağı bacardıq. Bu qələbə bizim üçün çox önəmlidir. Çünki bizə inam verəcək”.

Həmin kateqoriyadan