- Baxış sayı: 24
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Azərbaycan premyer liqasının XII turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (0:0) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Mübariz, dinamik oyun sərgilədilər. Belə matçların səviyyəsi nə qədər çox olsa, futbolçuların ustalıq səviyyəsi də yaxşılaşar. Möhtəşəm ab-hava var idi. Azarkeşlər hər iki komandaya, oyuna azarkeşlik edirdilər. Onlara təşəkkür edirəm. Bizim üçün vacib görüş idi. 3 xalla dönməyi çox istərdik. Amma yenə də xallarımızın üzərinə daha bir xal gəldi. Həm nəticədən, həm də futbolçuların sona kimi mübarizə aparmalarından razı qaldım”.
Baş məşqçi bu matçın UEFA Avropa liqasının IV turu çərçivəsində Norveçin “Bodo/Qlimt” klubuna qarşı keçiriləcək oyuna yaxşı hazırlıq olduğunu söyləyib: “Həm meydança amili, həm dinamika, həm sürət yaxşı oldu. Bəzi futbolçuların hazırlıq səviyyəsi yavaş-yavaş düzəlirdi. Bu qarşılaşma sanki onların idman formasını yaxşılaşdırmalarına kömək oldu. Avrokubok görüşü öncəsi bizim üçün vacib oyun oldu”.