“Bu stadionda oynamaq hər kəs üçün xoşdur”

Oktyabrın 8-ində “Qarabağ” premyer liqanın 9-cu turunda rəqib meydanında “Neftçi”yə 2:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov qələbəyə belə şərh verdi:  

“İlk öncə hər 2 komandaya təşəkkür edirəm. Çox yaxşı bir oyun göstərdilər. Hər 2 komanda istəkli idi. Futbolçularım oyundan qopmadı, bütün fikirləri oyunda oldu. Bizim üçün çox vacib matç idi.

Qələbə qazanmağı çox istəyirdik. Bu stadionda oynamaq hər kəs üçün xoşdur. Xüsusi ilə də “Qarabağ” və “Neftçi” oyununda. Gözəl abu-hava oldu. Hər 2 komandaya uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan