“Bütün dünya bu çempionatı izləyir”

Allsport.az xəbər verir ki, “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu məşhur futbolçuları Səudiyyə Ərəbistanının pro liqasına keçməyə çağırıb:

“2024-cü ildə 2023-cü ildə olduğu kimi eyni şeyləri etməyə çalışacağam. Heç kimin inanmadığı bir vaxtda bura gəlməyə qərar verdiyim üçün xoşbəxtəm.

Amma bu keçmişdə qaldı və mənə əhəmiyyət vermir. İndi ən önəmlisi çempionatın səviyyəsinin yüksəlməsi, oyunçuların liqanın rəqabət qabiliyyətini başa düşdükləri üçün indi bura gəlmək istəmələridir.
İndi bütün dünya bu çempionatı izləyir və mən yüksək səviyyəli oyunçulara bura gəlməyi məsləhət görürəm, onlar burada xoş qarşılanacaqlar”.

Həmin kateqoriyadan