“Çalışacağıq ki, itirdiyimiz xalların əvəzini qarşıdakı oyunlarda çıxaq”

“Kəpəz” premyer liqanın II turunda səfərdə “Karvan-Yevlax”a 2:3 hesabı ilə uduzub.

Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan mətbuat konfransında iştirak edib:

“Düşünürəm ki, biz topla daha çox oynadıq. Amma, rəqib ələ düşən imkanlardan istifadə etdi. Bizim üçün ən önəmli məsələlərdən biri azarkeşlərin bizdən narazı qalması idi, haqları da var. Onlar komandadan qalibiyyət istəyirlər. Qalibiyyəti də almalıdırlar. Onların bu istəyini həyata keçirə bilmədiyimiz üçün çox üzgünük. Amma, biz irəli baxırıq. Çalışacağıq ki, itirdiyimiz xalların əvəzini qarşıdakı oyunlarda çıxaq”.

Həmin kateqoriyadan