- Baxış sayı: 38
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 156
- Dekabr 19, 2025
- 0


“Çelsi”nin hücumçusu Armando Broya “Börnli”yə keçib.
Allsport.az xəbər verir ki, 23 yaşlı albaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Transferin qiyməti 23,5 milyon avro təşkil edib.
Broya “Çelsi” ilə ilk peşəkar müqaviləsini 2020-ci ildə imzalayıb. O, “Vitesse”, “Sauthempton”, “Fulhem” və “Everton”da icarə əsasında çıxış edib.