“Çelsi” Osimhen üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdır

“Çelsi” hücumçu Viktor Osimhenin transferi ilə bağlı “Napoli” ilə danışıqlar aparır.

Allsport.az xəbər verir ki, “zadəganlar” İtaliya təmsilçisinə ən azı 100 milyon funt-sterlinq təklif etməyə hazırdır.

Osimhen ötən mövsüm “A” seriyasında 32 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə verib. Nigeriyalı çempionatın bombardiri olub.

Həmin kateqoriyadan