“Çelsi”dən Jotanın ailəsinə dəstək

“Çelsi” klublararası dünya çempionatının qalibi olmaq üçün mükafatların bir hissəsini “Liverpul”un vəfat etmiş futbolçusu Dioqo Jotanın ailəsinə bağışlayacaq.

Allsport.az xəbər verir ki, “zadəganlar” çempionluğa görə təşkilatçılardan 114,6 milyon dollar alıb. London təmsilçisinin rəhbərliyi daha sonra bu puldan komandanın oyunçuları üçün bonus fondu kimi 15,5 milyon dollar ayırıb. Hər bir oyunçu bərabər pay alıb – təxminən 500 min dollardan çox.

“Çelsi” rəhbərliyi bir oyunçu üçün bonus payını Dioqo Jotanın ailəsinə vermək qərarına gəliblər.

İyulun əvvəlində Jota avtomobil qəzasına düşüb və 28 yaşında dünyasını dəyişib.

Həmin kateqoriyadan