- Baxış sayı: 48
- 13 Dekabr 2024 17:52
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Dünyanın 1-ci tennisçisi Karlos Əlqərəz, açıq ABŞ çempionatının finalında Novak Cokoviçlə qarşılaşa biləcəyi barədə fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, ispaniyalı yarımfinala yüksəlib və rəqibi rusiyalı Daniil Medvedev olacaq. Cokoviç finala çıxmaq üçün amerikalı Ben Şeltonla qarşılaşacaq.
“Cokoviçlə finala indi turnirin əvvəlindən daha yaxındır. Cəmi bir matç qalıb. Yenidən oynamaq əla olardı, amma hər ikimizi çətin yarımfinal gözləyir”, – Əlqarəz açıqlayıb.
Xatırladaq ki, o, iyulda “Uimbldo”nun finalında Novaka qalib gəlmişdi.