- Baxış sayı: 31
- 01 Yanvar 2026 12:21
- Baxış sayı: 114
- Dekabr 31, 2025
- 0

Ağırçəkili dərəcədə keçmiş dünya çempionu Entoni Coşuanın Nigeriyada düşdüyü ağır yol qəzasının səbəbi açıqlanıb.
Allsport.az xəbər verir ki, dekabrın 29-da baş verən hadisəyə yüksək sürət səbəb olub. Sürət həddinin aşılması nəticəsində “Lexus”un təkəri partlayıb və avtomobil idarəetmədən çıxaraq yük maşınına çırpılıb.
Faciə nəticəsində boksçunun uzunillik məşqçiləri və yaxın dostları Kevin Latif Ayodele və Sina Qami həlak olublar. Coşuanın səhhəti barədə hələlik ətraflı məlumat verilməyib.