“Ağ oyunlar” bizə “qara” gəldi

“Ağ oyunlar” bizə “qara” gəldi

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV qış olimpiya oyunlarında ölkəmizin idman şərəfini qoruyan fiqurlu konkisürən Vladimir Litvinçev qısa proqramda 63,63 bal ilə axırıncı, 29-cu yer tutub və növbəti mərhələyə yüksələ bilməyib.

Allsport.az saytı xəbər verir ki, bu, onun 2-ci olimpiadası olub. Pekin “ağ oyunları”nda legionçumuz 30 idmançı arasında 18-ci sıranı tutmuşdu.

Digər təmsilçimiz Anastasiya Papatoma dağ xizəyində fevralın 18-də mübarizə aparacaq.

Azərbaycan qış idman növləri federasiyasının prezidenti Fuad Nağıyevdir.

Həmin kateqoriyadan