“Çox təəssüf ki, Musa Qurbanov penaltidən yararlana bilmədi

“İlk hissədə taktiki oyunumuz sayəsində finlərə qapımız qarşısında təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Ümumiyyətlə, fasiləyə kimi rəqibdən heç bir cəhətdə geri qalmadıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç qitə çempionatının seçməsində Finlandiyaya 0:3 uduzduqları oyun barədə deyib. O, fikrinə belə davam edib:

“İkinci hissədə Finlandiya millisinin daha çox hücum edəcəyini bilirdik. Çünki onlara qələbə lazım idi. Bununla belə, komandamız dəqiq hücum sayəsində penalti vurmaq hüquqi qazandı. Çox təəssüf ki, Musa Qurbanov bu fürsətdən yararlana bilmədi. Amma ona qarşı heç bir iradım yoxdur”.

Həmin kateqoriyadan