“Azər Məmmədova və “Kəpəz”ə uğurlar arzulayıram“

Allsport.az xəbər verir ki, “Qarabağ” premyer liqanın 12-ci turunda evdə “Kəpəz”ə 7:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlama verib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Bəzi fikirlərimiz var idi. Meydanda bunlardan istifadə etməyi çox istəyirdik. Çox olmasa da, alınan epizodlar oldu.

Son vaxtlar komandada psixoloji gərginlik var idi. Amma toparlana bilmişdik. Komandamı təbrik edirəm. Azər Məmmədova və “Kəpəz”ə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan