“Dənizçilər”lə 100-cü oyunu

Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi premyer liqanın 16-cı turunda “Qəbələ” ilə (1:2) səfər qarşılaşmasına təsadüf edib.

Rahid “dənizçilər”də 5-ci mövsümünü keçirir. O bu müddətdə 1 qol vurub. Onun debütü də “qara-qırmızılar”la matçda gerçəkləşib. Əmirquliyev 2018-ci il avqustun 12-də keçirilən görüşdə (0:3) meydana çıxıb.

O, “Səbail”in heyətində premyer liqada 100 oyun keçirən ilk futbolçudur.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish