- Baxış sayı: 38
- 16 Dekabr 2025 22:17
- Baxış sayı: 44
- Dekabr 16, 2025
- 0

İsveçrədə super liqasında 17-ci tura start verilib. Allsport.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” evdə “Yanq Boyz”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Renat oyuna start heyətində çıxıb və sona qədər oynayıb. O, 90+4-cü dəqiqədə komandasının vurduğu qolun ötürməsini edib. “Dəmirçilər” hazırda 20 xalla 8-ci yerdədir.