Daniyel 1 pillə geriləyə bilər

Rusiyalı tennisçi Daniyel Medvedev Romada keçirilən “Masters”in 1/8 finalında amerikalı Tommi Paula uduzub (1:6, 4:6).

Allsport.az xəbər verir ki, rusiyalı ATP dünya reytinqində 4-cü yeri tutur (turnir başlamazdan əvvəl 7195 xal), lakin yarışın sonunda bir pillə aşağı düşə bilər.

Medvedev ötənilki qələbəni qorumayıb, bu da onun 900 reytinq xalı itirməsi deməkdir. İndi onun 6295 xalı var.

Almaniyalı Aleksandr Zverev (5-ci yer, 5435) “Masters” yarışında qalib gəlsə, o, Daniyeli qabaqlayacaq. Onun 6345 xalı olacaq.

Həmin kateqoriyadan