- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 50
- Dekabr 11, 2024
- 0
AFFA-nın təşkilatçılığı ilə Daun sindromlu şəxslərin reabilitasiya mərkəzində gənc və yeniyetmələr üçün futbol dərslərinə start verilib. Allsport.az saytı xəbər verir ki, açılışda Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi, seçmə komandanın kapitanı Emin Mahmudov, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, eləcə də mərkəzin rəhbəri Natella Həsənova və AFFA-nın futbolun sosial məsuliyyəti üzrə meneceri Kifayət Mustafayeva iştirak ediblər.
Çıxış edən natiqlər mərkəzdə reabilitasiya alan uşaqları salamlayıb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Tədbirdə uşaqlar və qonaqların iştirakı ilə birlikdə simvolik olaraq əyləncəli futbol məşqləri və oyun keçirilib.
Mərkəzdə futbol dərsləri AFFA tərəfindən təyin olunmuş məşqçi tərəfindən həftədə iki dəfə olmaqla keçiriləcəkdir. Dərslərin keçirilməsində məqsəd hazırda reabilitasiya alan gənc və yeniyetmələr arasında futbolun kütləviliyini artırmaq, onların asudə vaxtlarını daha səmərəli təşkil etmək, onları sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.