“Dauqava” azərbaycanlı futbolçuları sevindirmədi

Latviya çempionatında 5-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun formasını geyindiyi “Dauqava” doğma meydanda “Riqa” ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:2.

Bu oyunda Orxan start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb. O, 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Mirabdulla isə 46-cı dəqiqəqə meydana çıxıb. 5 turdan sonra 3 xala malik olan “Ağ-sarılar” 8 klub arasında sonuncu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan