DÇ-2022-nin stadionu sökülür – Bu ölkəyə hədiyyə olunacaq

Dünya Kuboku üçün özəl inşa edilən “974” stadionu fəaliyyətini dayandırıb. Allsport.az saytı xəbər verir ki, bu futbol qurğusunda son olaraq 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya görüşü keçirilib. Bundan sonra, əvvəlcədən də nəzərdə tutulduğu kimi, onun Qətərdə fəaliyyətinə son verilib.

Quraşdırma üslublu stadionun “974” adlandırılması, eyni sayda konteynerden tikilməsi ilə əlaqədardır. O, dünya tarixinə ilk qurulub-sökülən futbol məbədi olaraq düşə bilib. Arena mundialda 7 oyuna ev sahibliyi edib.

Qətərin dənizçilik və ticarət ənənəsindən ilhamlanaraq hazırlanan “974”in konteynerləri tam söküldükdən sonra, Tunis respublikasına hədiyyə olunacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish