De Yonqla bağlı qərar verildi

“Barselona” və Frenki de Yonq müqavilənin uzadılması üzərində işləyir.
Allsport.az xəbər verir ki, dünən futbolçunun yeni agenti Sebastyan Ladura klubun idman direktoru Deko ilə görüşüb, müqavilənin uzadılmasını müzakirə edib.

De Yonq qalmaq istədiyi üçün tərəflər arasında anlaşma var və sentyabrın 1-nə qədər razılığa gəlmək mümkündür.

Niderlandlı yarımmüdafiəçi pandemiya səbəbindən ödənilməyən maaşını almalıdır.

De Yonqun yeni müqaviləsi 2028-ci ilə qədər olacaq.

Həmin kateqoriyadan