“Dincəlməliyəm, ailəmlə vaxt keçirməliyəm”

“Qremio” ilə müqaviləsi qışda başa çatacaq uruqvaylı hücumçu Luis Suarez gələcəyi ilə bağlı danışıb:

Allsport.az xəbər verir ki, şayiələrə görə, 36 yaşlı forvard karyerasını keçmiş komanda yoldaşı Lionel Messinin çıxış etdiyi “İnter Mayami”də davam etdirə bilər. O, bu barədə bəzi açıqlamalar verib:

“Ağrı hiss edirəm, bədənim artıq mənim yerimə danışır. Mən əylənmək və uzun karyeradan sonra özüm üçün qərar vermək istəyirəm.

Dincəlməliyəm, ailəmlə vaxt keçirməliyəm… Gələcəkdə harada çıxış edəcəyim bəlli deyil. Bu qismətdir”.

Həmin kateqoriyadan