Dovbik klubunu dəyişir

Ukrayna millisinin və “Roma”nın hücumçusu Artyom Dovbık karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Vilyarreal” maraqlanır.

İspanlar Dovbiki icarəyə götürməyi planlaşdırır. Artıq Artyomun özü də keçidə razılıq verib.

Ötən mövsüm Dovbik 45 matçda iştirak edib, burada 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan