- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Kəpəz”lə premyer liqanın 19-cu tur oyunundan sonra (2:2) fikrini bildirib. Allsport.az xəbər verir ki, o, mətbuat konfransında ilk penalti ilə matçın ritmini itirdiklərini deyib:
“Bir aylıq fasilədən sonra ilk rəsmi oyunun ağır olacağını bilirdik. “Kəpəz” yaxşı təşkilatlanmış komandadır, heyətində maraqlı futbolçular var. Birinci hissədə oyunumuz alınmadı.
Qapımıza təyin olunan ilk penalti ilə matçın ritmini itirdik. Amma komandamız xarakter göstərdi və ikinci hissədə istədiyim “Qəbələ”ni görə bildim. Görüşün ritmini əvəzetmələrlə dəyişmədik”.