- Baxış sayı: 11
- 13 Fevral 2026 10:00
- Baxış sayı: 35
- Fevral 12, 2026
- 0

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Ağayev UEFA Avropa liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.