- Baxış sayı: 14
- 27 Noyabr 2024 15:45
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Hazırda Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt”ın yeni futbolçusu Elnur Abdullayev fərdi məşqlərlə kifayətlənir. Allsport.az saytı xəbər verir ki, bərpa prosesi keçən 32 yaşlı yarımmüdafiəçi hazırlıqla bağlı danışıb:
“Sumqayıt”dan təklif gələndə “Keşlə” ilə müqaviləm var idi. Bu komandanın oyununu çox bəyənirdim. Buna görə, təklifi müsbət cavablandırdım. Hazırda hazırlığımız çox yaxşı gedir.
Bakıda fiziki hazırlıq üzrə çalışdıq. Burda isə taktiki planda hazırlıq keçirik. Zədəli olduğumdan, məşqlərdə iştirak edə bilmirəm. Tezliklə komandaya qoşulmaq üçün var qüvvəmlə çalışıram.
İnşallah, tezliklə sıraya qayıdıb, komanda üçün əlimdən gələni edəcəyəm”.