- Baxış sayı: 6
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev (şəkildə soldan 2-ci) UEFA superkubokunun PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasında 4-cü hakim kimi fəaliyyət göstərib. Allsport.az saytı xəbər verir ki, oyunu portuqaliyalı Joao Pedro Silva Pineiro idarə edib.
İtaliyanın Udine şəhərində yerləşən “Friuli” stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. 11-metrlik zərbələr sıralamasında daha dəqiq olan PSJ superkuboka yiyələnib.
Həmyerlimiz bu təyinatla superkuboku matçında iştirak edən ilk azərbaycanlı hakim kimi futbol tariximizə düşüb. Görüşdən sonra o, UEFA tərəfindən xüsusi mükafatla təltif edilib.
2007-2022-ci illər aralığında AFFA-nın baş katibi və icraçı vitse-prezidenti olan Elxan Məmmədov, 2022-ci ildən FİFA-nın Avropa milli assosiasiyaları üzrə direktoru təyin olunub. Həmyerlimiz eyni zamanda FİFA feyr pley və sosial məsuliyyət komitəsinin üzvü, UEFA-da həmin qurumun sədridir. Ona ötən il FİFA-da üzv assosiasiyaların direktoru vəzifəsi etimad göstərilib.
Elxan Məmmədov ölkə futbolunun beynəlxalq səhnədə tanınması baxımından faydalı iş əmsallığını davam etdirir və bu işdə AFFA-nın yeni rəhbərliyi ilə sıx əlaqədədir. Elçin Məsiyevin belə mötəbər oyuna dəvət alması “Boz evi”in rəhbəri Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev, eləcə də icraiyyə komitəsinin uğurlu fəaliyyətini nəticəsidir.