- Baxış sayı: 34
- 25 Mart 2026 20:26
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

Azərbaycan yığma komandasının hücumçusu Mahir Əmrəlinin heyətində yer aldığı “Kayzerslautern” klubu II bundesliqada növbəti görüşünü keçirib.
Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçunun klubu II turda azarkeşləri önündə “Şalke”ni 1:0 hesabı ilə udub. Yeganə qolu 55-ci dəqiqədə Marlon Ritter penaltidən vurub.
Əmrəli oyuna start heyətində başlayıb, 72-ci dəqiqədə əvəzlənib. O, 52-ci dəqiqədə sarı vərəqə alıb.
Mövsümdə ilk qələbəsini qazanan “Kayzerslautern”in axtivində 3 xalı var.