Enrike ikinci dəfə eyni uğuru təkrarladı

PSJ-nin baş məşqçisi Luis Enrike ikinci dəfə bir təqvim ilində beş kubok qazanıb.

Allsport.az xəbər verir ki, cari il Paris təmsilçisi Fransa çempionu olub, ölkə kubokunu və superkubokunu alıb, eləcə də çempionlar Liqasının qalibi olublar. Bu siyahıya UEFA superkuboku da daxil olub.

Enrike 2015-ci ildə “Barselona”nın sükanı arxasında olarkən də buna bənzər uğura imza atıb. Kataloniyalılar İspaniya çempionatının və kubokunun qalibi olublar, həmçinin çempionlar liqasını, klublararası dünya çempionatını və UEFA superkubokunu qazanıblar.

Həmin kateqoriyadan