- Baxış sayı: 33
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Estoniya yığmasının UEFA millətlər liqasının qrup mərhələsində Azərbaycan və Slovakiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Allsport.az xəbər verir ki, baş məşqçi Yürgen Henn “C” liqasının I qrupu çərçivəsində noyabrın 16-da Qəbələdə Azərbaycan, 19-da isə Trnavada Slovakiya millisinə qarşı baş tutacaq matçlara 26 futbolçu dəvət edib.
Qapıçılar: Karl Yakob Hein (“Real Valyadolid”, İspaniya), Matvey İqonen (“Botev”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);
Müdafiəçilər: Karol Mets (“Sankt Paulu, Almaniya), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Marten Kuusk (“GKS Katovitse”, Polşa), Maksim Paskotsi (“Qrasshopper”, İsveçrə), Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”), Mixail Lilander, Yosep Saliste (hər ikisi “Payde”);
Yarımmüdafiəçilər: Vlasi Sinyavski (“Slovaçko”, Çexiya), Martin Miller (“Bohemians, İrlandiya), Markus Poom (“Şemrok Rovers”, İrlandiya), Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Markus Soomets, Danil Kuraksin (hər ikisi “Flora”), Martin Vetkal (“Brommapoykarna”, İsveç), Kevor Palumets (HJK, Finlandiya), Patrik Kristal (“Payde”);
Hücumçular: Sergey Zenyov (“Flora”), Henri Anier (“Li Man”, Honkonq), Aleks Mattias Tamm (“Nomme Kalyu”), Robi Saarma (“Payde”).
Azərbaycan – Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.