- Baxış sayı: 98
- 12 Oktyabr 2025 12:01
- Baxış sayı: 192
- Dekabr 05, 2025
- 0

İyunun 5-də “Park Bulvar”da müasir olimpiya hərəkatının yaranmasının, BOK-un təsis olunmasının 130-cu ildönümünə həsr olunmuş “Olimpiya günü” və “Parisə gedən yol” əyləncəli festivalı keçirilib.
Allsport.az xəbər verir ki, MOK-un atletlər komissiyası ilə birlikdə təşkil edilən tədbirdə komissiyanın üzvləri – Rüstəm Orucov, Fəridə Əzizova, Zöhrə Ağamirova, Fatimə Alkərəmova iştirakçılara təqdim edilib.
Festivalda iştirak edən məktəblilər iplətullanma, pazl yığılması, kəndirlə mübarizə yarışlarında iştirak ediblər və sonda qaliblər mükafatlandırılıb.