“Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik”

11 iyunda “ay-ulduzlular”ımız Macarıstanın Sombatxey şəhərində Qazaxıstan futbolçuları ilə yoxlama görüşünə çıxacaq keçirəcək. Allsport.az saytı xəbər verir ki, “Haladas” idman kompleksində təşkil olunan mətbuat konfransında millimizin kapitanı Emin Mahmudov açıqlama verib:

“Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması müdafiədə yaxşı oynayır, sürətli əks-hücuma keçir. Son illər inkişaf ediblər. İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik.

Milli komandanın forması altında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.

Matç saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan