- Baxış sayı: 22
- 25 Noyabr 2024 14:15
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Gənclər və idman nazirliyinin yeni qərəzli rəhbərliyinin müstəqil mətbuatı yox etmək siyasəti davam edir. Saytda yerləşən kiçik tənqidi yazıdan, qəzetdə dərc olunan xırda narazılıqdan və sosial şəbəkədə paylaşılan şəxsi fikirdən qıcıqlanan, sonra alovlanan Fərid Qayıbov – Mariana Vasilyeva tandemi, kölgələrindən belə qorxduqlarından, dərhal hücuma keçirlər – onlara bağlı idman federasiyaları və futbol klublarına, “qara siyahı”larına saldıqları KİV ilə əməkdaşlığı və sosial layihəni dayandırmağı tələb edirlər. Qarşı tərəfdə çatışmamazlıq və maliyyə ilə bağlı şübhəli məqamlar olduğundan, onlar çəkinərək o dəqiqə bunu icra etməyə başlayırlar.
GİN-in hədəfində olan mətbu orqandan biri “Futbol+” nəşridir. Azad Rəhimovun dönəmində, nazirliyin himayəsi əsasında yaradılmış Azərbaycan idman jurnalistləri federasiyası ilə müqayisədə, Fərid Qayıbovun zamanında artıq Azərbaycan idman jurnalistləri ictimai birliyinə çevrilən təşkilatın idarə heyətinə baş redaktor Mahir Rüstəmli daxil edilmədi. Ötən ildən qəzetin əməkdaşları da tədbirlərə dəvət almadılar. Ta ki, noyabrın 27-sində Nizami” kinoteatrında GİN-in dəstəyi ilə hazırlanan “Stadion səssiz olanda” filminin təqdimatındadək. Hazırda ölkəmizin ən uğurlu məşqçilərindən sayılan Qurban Qurbanova həsr olunan idman dramı idman ictimaiyyətində birmənalı qarşılanmadı. Çəkilişdə çoxlu nöqsanlara yol verildiyi bildirildi. Bunu qəzetin əməkdaşı dilə gətirincə, əriyən buzlar yenidən donmağa başladı.
Yenə basqı, yenə söz-söhbət, yenə arxadan zərbə! Nəticədə, fəal jurnalist İlkin Sultanlı iş yerini dəyişməli oldu. Nəşri zəiflətmək üçün (planın əsas tərkib hissəsi), digər bacarıqlı əməkdaşı – Cavid Əliyevi dolayısı yol ilə dövlət agentliyinə cəlb etdilər. Halbuki hökumətin əleyhinə təbliğat aparan, AXC-in qurucusu Məhəmmədəmin Rəsulzadəni və onun silahdaşlarını xəyanətkar sayan, jurnalistləri Baltikyanı ölkələrdə yaşamağa təşfiq edən və iqtidaryönlü media mənsubunu düşmən sayan Abdulla İbrahimli barəsində susur. Maraqlıdır, GİN həmin “Futbol+” əməkdaşına niyə tədbir görmür və onun haqqında xüsusi xidmət orqanlarına bilgi vermir? Sərf etmir axı! Hər necə olsa, maraqları sonda uzlaşır. Yeri gəlmişkən, həmin futbol yazarı Azərbaycanın nüfuzuna xələl gətirən, GİN-in dəstəyi ilə yaradılan idman.biz saytında çalışarkən təxribatçı suallarla və düzməcə müsahibələrlə KİV-də nam salan, hazırda ölkə.az-ın redaktoru olan Ağa Dadaşzadə ilə yaxındır. Demək, ondan təlimat alaraq, onu danışdırmayan Fəxri bədən tərbiyəsi və idman işçisini provakasiyaya sövq edir.
Ölkədə normal idman təşkilatı olmadığından, mətbuat şurasının faydalı iş əmsalının aşağı olmasından GİN istifadə edir, orda-burda danışıb narazı olanları öz tərəflərinə çəkir, tədbirlərə çağırmaqla ümidləndirir, yağlı vədlər verirək barəsində mənfi fikir bildirməkdən və baş alıb gedən uğursuzluq barəsində yazmaqdan çəkindirir. Görünən odur ki, “qəzet dövrü bitib” deməklə, GİN-in 90 yaşlı rəsmi mətbu orqanı “İdman”ı qapadan Fərid Qayıbovun növbəti hədəfi çağdaş Azərbaycanın uzun ömürlü nəşri “Futbol+”i onun gününə salmaqdır.
Yeri gəlmişkən, idman nazirliyindən sızan məlumata görə, paytaxtda fəaliyyət göstərən 24 yandaş KİV nümayəndəsi üçün sentyabrda Qubada təşkil olunan 3-günlük seminara xərclənən (yersiz) 10000 manatdan çox vəsait aidiyyatı qurumların narazılığına səbəb olub. Bu üzdən, nazir Fərid Qayıbov Lənkəranda planlaşdırılan eyni məşğələni ləğv edib.