- Baxış sayı: 68
- 10 Dekabr 2025 17:24
- Baxış sayı: 84
- Dekabr 12, 2025
- 0

FİA (Beynəlxalq avtomobil federasiyası) prezidenti Məhəmməd bin Sulayem öz vəzifəsini 2029-cu ilə qədər saxlayacaq.
Allsport.az xəbər verir ki, Daşkənddə keçirilən FİA-nın baş assambleyasında baş tutan seçkilər BƏƏ-dən olan sabiq ralli yarışçısının qələbəsi ilə başa çatıb.
Federasiyanın hazırkı rəhbəri yeganə namizəd idi. Bin Sulayemin rəqibləri qaydaların spesifik xüsusiyyətlərinə görə namizədliklərini irəli sürə bilməyiblər.
Məhəmməd bin Sulayem öz vəzifəsini 2021-ci ilin sonundan etibarən tutur. Ondan əvvəl FİA-ya Can Todt rəhbərlik edib.