FİFA-da prezident-həmkarımızı kamerunlu İssa Ayatu əvəzləyib

FİFA vitse-prezidenti İssa Ayatu təşkilatın vəzifədən kənarlaşdırılmış başçısı Yozef Blatterin yerini tutub. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Federasiyasının rəhbər vəzifəsinə indiyə qədər təşkilatın vitse-prezidenti postunu tutan İssa Ayatu təyin edilib.

65 yaşlı kamerunlu FİFA-ya yeni prezidentin seçiləcəyi fevral ayına qədər başçılıq edəcək. Ayatu prezident posta namizədliyini irəli sürməyəcəyini və istintaqa əlindən gələn qədər kömək göstərəcəyini bildirib.

Blatter isə kobud və ədalətsiz hesab etdiyi rəftara etiraz əlaməti olaraq, etika komitəsinin qərarından apelyasiya şikayəti verib. Xatırladaq ki, isveçrəli korrupsiyada şübhəli bilinərək 90 gün müddətində FİFA-nın rəhbərliyindən kənarlaşdırılıb.

Həmin kateqoriyadan