- Baxış sayı: 19
- 20 Yanvar 2025 10:21
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
“Neftçi” Futbol Akademiyasının yeni direktoru Mik Benetin təqdimatı olub. Allsport.az saytı xəbər verir ki, “Bakcell arena”nın konfrans zalında baş tutan tədbirdə klubun prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, əsas komandanın baş məşqçisi Roberto Bordin, klub rəsmiləri və akademiyanın məşqçiləri iştirak ediblər.
Tədbirdə Mik Benet “Neftçi” Futbol Akademiyasında görüləcək işlərdən danışıb, öz futbol fəlsəfəsini məşqçilərlə bölüşüb. Faydalı işbirliyinə inandığını bildirən 55 yaşlı ingiltərəli mütəxəssis məşqçiləri maraqlandıran sualları cavablandırıb.