- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Avropada çox müzakirə olunan diplomatik cərəyanlardan birinin təməl fəlsəfəsində məhz birbaşa dövlətlərarası münasibətlər deyil, yardımçı sektorların rolu önə çəkilir. Klassik idealizmə yaxın olan transnassionalizmin baniləri Cozef Nay və Robert Kooheyn beynəlxalq əlaqələrin dövlətlərarası münasibətlər sistemindən kənara çıxdığını və fərdlər, müəssisələr, təşkilatlar, bir sözlə, bütün qeyri-hökumət qurumlarının birgə fəaliyyətinin məhsulu olduğunu iddia edirlər. Son onilliklərin kommunikasiya texnologiyaları, rabitə və nəqliyyat sistemindəki inqilabi dəyişiklikləri bu məsələni daha da aktuallaşdırıb. Söz yox ki, bunlar müşahidə olunmadığı dövrdə formula1-in inkişaf templəri çox şeyi göstərirdi. Millətləri, dövlətləri bayrağı altına toplayıb onları ümumbəşəri müqəddəs ideallar ocağında cəmlədi.
Çünki bu hərəkat məhz beynəlxalq əlaqələrin, qarşılıqlı milli-mədəni mübadilənin, öz prinspləri və qaydalarının, avtomobil federasiyalarının yaranması ilə sürət yığdı. Uzun illər – sovetlər dövründə cəmiyyətimiz bu tərəqqidən bixəbər yaşasa, formula1-i, sadəcə, ötüşmə yarışlarının keçirilməsi vasitəsi saysa da, müstəqillik yeni həqiqətləri aşkarladı. Demək, avtoidman və onun bəşəri missiyasının zirvəsi kimi formula1 günümüzün ən optimal inkişaf aynası və effektli təsir gücünə malik vasitəsidir. Əldə olunan nəticələr isə onun keyfiyyət əmsalının göstəricisi, brendidir. Bütün bunlar «gələcəyə qoyulan kapitaldır».
2016/17 mövsümündə ilk 4 mükafat yarışının (Avstraliya, Çin, Bəhreyn, Rusiya) nəticəsindən sonra ehtimal oldu ki, mübarizə əsasən Lüis Həmilton, Valtteri Bottas (hər ikisi – «Mersedes»), Sebastyan Fettel, Kimi Rəykkönen («Ferrari») və Daniel Rikkardo, Maks Ferstappen («Red Bull Rasinq») arasında gedəcək. Növbəti 3 mərhələdə (İspaniya, Monako, Kanada) artıq adı ilk 3 çəkilən sürücü şəxsi hesabda önə sıçradı. Bu rəqabətdə almaniyalı pilot hamıdan qabaqdaydı. Amma dünya çempionatının Bakıda keçirilən 8-ci qran-pri seriyasında bütün düyünlər açıldı. Sebastyan Fettelin Lüis Həmiltonla bir-birinə çaprması, sonradan britaniyalının işinə yaradı. Psixoloji sarsıntı alan, ictimai təzyiqlə üzləşən almaniyalı yürüşçü tədricən estafeti Lüisi buraxdı. Azərbaycan mükafat yarışında digər maraqlı məqam, Daniel Rikkardonun mövsüm ərzində yeganə mərhələ çempionluğu və «Uilyams» komandasının 19 yaşlı üzvünün karyerasında ilk dəfə fəxri kürsüyə çıxması oldu.
Həmilton vətənində təşkil olunan qran-pridə zirvəni ələ keçirdi, ondan sonra 7 mərhələdə yüksək səviyyədə çıxış edərək, vaxtından əvvəl, karyerasında 4-ü dünya çempionluğunu yaşadı (363 xal). Sebastyan ötüşməni 317 balla 2-ci bitirdi. Valtteri Bottasın daim komanda yoldaşına dəstək olması «Mersedes»i də Mühəndislər kubokunda erkən qalib etdi – 668. «Ferrari» bu rəqabətdə gümün medalçı (522) və «Red Bull» 368 xalla 3-cü yer tutdu.
Kamran HACI
“Sürətin nəbzini tut-2” təcrübi təlimi üçün