Fransa klubu “Qarabağ”a qarşı baş verənlərə görə cəzalandırıldı

UEFA, Fransanın “Nant” klubunu cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, buna “sarı-yaşıllar” azarkeşlərinin Avropa liqasının “G” qrupunun 5-ci turunda evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri matçda etdikləri hərəkətlər səbəb olub.

Komanda, “Bojuar” stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 min avro, pirotexniki vasitələrdən istifadəyə görə 30 min avro məbləğində cərimələnib. Bundan başqa, İtaliya “Yuventus”una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish