Fransada “Qarabağ”ın oyununda təhlükəsizliklə bağlı UEFA-ya müraciət etdi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qarabağ”ın konfrans liqasının pley-ofunda Fransada “Marsel” klubu keçirəcəyi matç barədə danışdı. Allsport.az saytı xəbər verir ki, o, mümkün erməni təxribatının qarşısının alınması üçün, UEFA-ya müracitə etdiklərini bildirdi:

“İstər milli, istərsə də klub şəkildə beynəlxalq oyunların təşkilinə dəstək göstəririk. Marsel şəhəri fərqlidir. Bununla bağlı UEFA-ya birbaşa müraciət etmişik. Bu həftəsonu onlarla video-formatda iclasımız olacaq. Qurumun baş katibinə, vitse-prezidentinə məktub göndərmişik. Onunla gələn həftə müzakirə aparacağam. Bizim üçün “Qarabağ”ın rahat gedib futbol oynaması önəmlidir.

Bizə qarşı hər zaman hansısa təxribat etməyə çalışırlar. Burada da çox güman ki, xüsusi təhlükəsizlik nümayəndəsi təyin olunacaq. Yəqin ki, UEFA-nın əlavə nümayəndəsi olacaq. Əlavə olaraq Fransa səfirinə də məktub göndərmişik, onlar da dövlət səviyyəsində məsələni gündəmə gətirəcək.

Xaricdəki nümayəndələrimiz heç vaxt heç kimə qarşı təxribat etməyib. Digər tərəf də belə yanaşmalıdır. UEFA da bunun qarşısını almağa çalışır. “Qarabağ”ın son oyununda da bunun qarşısını aldılar”.

Bu komandaların ilk görüşü fevralın 17-də Fransada keçirəcək.

Həmin kateqoriyadan