“Fürsətlərdən istifadə etdik”

“Turan Tovuz” ölkə kubokunun 1/4 finalının ilk matçında səfərdə “Kəpəz”ə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu deyib:

“Maraqlı oyun alındı. Hər 2 komanda qalib gəlmək istəyirdi. Birinci hissəyə yaxşı başlasaq da qol buraxdıq. Lakin qısa müddətdə toparlana bildik. Zədələrə görə planlarımızı dəyişməli olduq.

2-ci hissədə nəzarəti əlimizə aldıq, fürsətlərdən istifadə etdik. Artıq “Neftçi” ilə oyuna hazırlaşacağıq. Sonra isə cavab oyununa hazırlaşıb, turu keçməyə çalışacağıq”.

Həmin kateqoriyadan