“Futbolçular müqavilənin sonunadək oynamalıdırlar”

Ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” evdə “Zirə”yə 0:2 uduzub. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi oyun haqda danışıb:

“Ötən matçda olduğu kimi yenə hər şey oyuna görə idi. Rəqib daha yaxşı oynadı və xarakter göstərdi. Onlar yüksəlişdədirlər və yaxşı formadadırlar. “Zirə”ni və belə komanda qurduğu üçün Rəşad Sadıqovu təbrik edirəm. Təəssüf ki, öz vəziyyətimiz çox üzücüdür. Komanda sonuncu pillədədir, kubokda mübarizəni dayandırıb. Bütün suallara mövsüm bitdikdən, “Qəbələ”nin hansı liqada olacağı bilindikdən sonra aydınlıq gələcək. Hələ matçlarımız qalıb, futbolçular müqavilənin sonunadək oynamalıdırlar. Hesab edirəm ki, hər kəs işini maksimum görməlidir”.

Həmin kateqoriyadan