- Baxış sayı: 7
- 26 Dekabr 2024 14:16
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov premyer liqanın 15-ci turunda “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, nəticəni şərh edib:
“Gərgin oyun oldu. Belə olacağını bilirdik. Komandanı buna hazırlamışdıq. Bir səhv oyunun taleyini və planlarımızı dəyişdi. Fasilədən sonra etdiyimiz dəyişikliklərin və futbolçuların göstərdiyi fədakarlığın nəticəsində qol vurduq, məğlubiyyətdən qurtulduq.
Amma unutmuram ki, bu, “Neftçi”dir. “Neftçi” hər oyuna qələbə üçün çıxır. Oyunu analiz edib, səhvləri aradan qaldırmağa çalışacaq və qarşıdakı matçlara hazırlaşacağıq”.