- Baxış sayı: 16
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 115
- Noyabr 28, 2024
- 0
Avropa çempionatının 60-illik yubileyi münasibəti ilə UEFA Avro-2020-ni müxtəlif yerlərinə saldı. Allsport.az saytı xəbər verir ki, sevinən 11 böyük şəhər arasında Bakı da vardı. 11 iyunda start götürən yarışda paytaxtımız 3 qrup oyununa ev sahibliyi etdi. “A” qrupunda yer alan qardaş Türkiyə əməli meydan sahibi sayıldı. 2 dövlətin azarkeşləri futbol bayramında “ay-ulduzlular”a yetərincə dəstək verdi.
Dünən paytaxtımız 1/4 final görüşünü qəbul etdi. Çex Respublikası və Danimarka millilərinin görüşündə, skandinaviyalıların üzü güldü. Mübarizə dayanmasa da, Azərbaycan üçün bitmiş sayılır. Gənc millət vəkili, MOK-un beynəlxalq əlaqələr idarəsinin keçmiş rəisi, Bakı-2015 Avropa oyunlarının əməliyyat komitəsinin xüsüsi məsləhətçisi və Bakı-2017 İslam həmrəylik oyunlarının təşkilat komitəsinin katibi olmuş Könül Nurullayeva nüfuzlu yarışla bağlı öz fikrini bildirib:
“Azərbaycan Avro-2020-ni də uğurla başa vurdu. Futbol üzrə Avropa çempionatı çərçivəsində 4 görüşün Bakıda keçirilməsi Azərbaycana göstərilən böyük etimad idi. Bütün dünyada ən populyar idman növlərindən biri olan futbol üzrə statusundan asılı olmayaraq istənilən beynəlxalq turnir xüsusi maraqla qarşılanır. Azərbaycanda beynəlxalq futbol çempionatlarının keçirilməsi üzrə kifayət qədər böyük təcrübə var.
Ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən «Qarabağ» futbol klubu, 2017/2018-ci illər mövsümündə çempionlar liqasının qrup oyunlarını Bakı olimpiya stadionunda keçirdi. Azərbaycan azarkeşləri “Çelsi”, “Arsenal” və “Atletiko” kimi nəhəng komandaların oyununa şahidlik etdilər. 2019-cu il mayın 29-da isə BOS-da İngiltərənin “Çelsi” və “Arsenal” klubları arasında Avropa liqasının final oyunu keçirilmişdir. Bakının ən mötəbər futbol turnirlərdən biri olan Avropa çempionatının oyunlarına evsahibliyi etməsilə uğurlu təcrübənin əhatə dairəsi genişlənmiş oldu.
Məsələnin siyasi baxımdan da mühüm əhəmiyyəti var. İkinci Qarabağ müharibəsindən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi etməsi ölkəmizin gücünü və çevik toparlanma qabiliyyətini göstərir. Azərbaycanın bu cür qlobal tədbirləri uğurla həyata keçirməsini şərtləndirən əsas faktorlar sürətli inkişaf, müasir idman infrastrukturu, eyni zamanda bu sahədə uğurlu təcrübəyə malik olmaqdır. Bu, həm də təşkilatçıların Azərbaycanın gücünə və potensialına olan etimadının təzahürüdür.
Aydındır ki, dünyanın izlədiyi hər bir idman yarışı həm də beynəlxalq tədbirdir. Təcrübə göstərir ki, Azərbaycanın regionun lider dövləti kimi statusunu artıran əsas məqamlardan biri məhz beynəlxalq tədbirlər mərkəzinə çevrilməsidir. Bu kimi dünya səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın, onun inkişaf səviyyəsinin, turizm potensialının dünyada təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir. Düşünülmüş siyasət, sabitlik, uğurlu beynəlxalq təşəbbüslər Azərbaycanı dünyada yalnız sabitlik və inkişaf deyil, həm də əməkdaşlıq məkanı kimi təqdim edir. Azərbaycanın dünyanın ən etibarlı sülh və tərəfdaşlıq platforması olması artıq beynəlxalq səviyyədə qəbul olunan reallıqdır”.