- Baxış sayı: 51
- 13 May 2025 13:23
- Baxış sayı: 93
- May 18, 2025
- 0
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la İsveç “Göteborq”u arasında keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, UEFA bu qarşılaşmanı polşalı referilərə həvalə edib.
Baş ədalət təmsilçisi Pavel Raçkovski olacaq. Ona yan xətt hakimləri Radoslav Sneyka ilə Mixal Obukoviç kömək edəcəklər. 4-cü referi Tomaş Kvyakovskidir.
Qeyd edək ki, bu komandalar arasında görüş avqustun 18-də “Qamla Ullevi” arenasında keçiriləcək və saat 21:00-da start götürəcək.