- Baxış sayı: 37
- 29 Dekabr 2024 11:49
- Baxış sayı: 37
- Dekabr 29, 2024
- 0
Məlum olduğu kimi, noyabrın 12-də Güləş Olimpiya Mərkəzində federasiya rəhbərliyi ilə milli komandaların görüşü olub. Toplantıda AGF-in prezident əvəzi Namiq Əliyev ötən ay Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medal qazanmış idmançılara pul mükafatı təqdim edib. Awf.az-ın yaydığı şəkillərdə obyektivə 3 nəfər düşüb: 1-ci yerin sahibi Eldəniz Əzizli, gümüş medalla kifayətlənən kapitan Cəbrayıl Həsənov və bürünc mükafatçı Rəsul Çunayev.
Adətən, bu halda hamı razı qalır, amma həmin yığıncaqda narazı qalanlar olub. Adı ilk çəkilən bahadır şəxsi məşqçiyə də mükafat istəyib. Eldəniz Əzizli bildirib ki, məşqçilərin zəhməti diqqətsiz qalmamalıdır. Federasiyanın məşqçiləri qul kimi işlətməsi, 19 ay maaş verməməsi, son haqq-hesab zamanı min bir bəhanə gətirməsi bütün idman ictimaiyətinə bəllidir. Düzdür, iyundan maaşlar sabit olaraq ödənilir, ancaq 19 ay pulsuz çalışan məşqçilərin haqqına girmək insafsızlıqdır.
Hacı Əliyev isə, qitə çempionatında qazandığı qızıl medalın qarşılığını soruşub. AGF rəhbəri cavabında, bu uğurun onun dönəmində baş vermədiyini söyləyib, dolayısı ilə keçmiş federasiya prezidenti Fazil Məmmədovla 1-ci vitse-prezident Firdovsi Umudovu işarələyib. Lakin hamıya məlumdur ki, bir müddətdən idman ictimaiyyətində gözə dəyməyən Namiq Əliyev, ilk dəfə məhz Kaspiskdə təşkil olunan Avropa çempionatında peyda oldu, UWW büro üzvü kimi VİP-də əyləşdi. Cavabdan məmnun qalmayan 3-qat dünya çempionunun üstüörtülü ismarıclar verib zalı tərk etdiyi söylənilir.