Həvəskarlar arasında xizək yarışı

Qış idman növləri federasiyasının və “Şahdağ” turizm mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev kuboku çərçivəsində 3 müxtəlif yaş kateqoriyasında olan uşaqlar arasında həvəskar xizək yarışı təşkil edilib.

Allsport.az xəbər verir ki, yarışın keçirilməsinin əsas məqsədi uşaqlar arasında qış idman növlərini təbliğ etmək, xizək idmanına marağı artırımaq və yerli idmançıların hazırlanmasına dəstək olmaqdır.

İdman tədbirində Azərbaycandan, Rusiyadan, Qazaxıstandan, Almaniyadan, ABŞ-dan və Böyük Britaniyadan olan 70-ə yaxın həvəskar xizəkçi uşaq birincilik uğrunda mübarizə aparıblar.

Qızlar arasında 6-8 yaş
I yer – Rozalia Dubentsova (Azərbaycan)
II yer – Valeriya Volkarezova (Rusiya)
III yer – Milana Dudçenko (Azərbaycan)

Oğlanlar arasında 6-8 yaş
I yer – Mixayıl Filipov (Rusiya)
II yer – Leonid Kostin (Rusiya)
III yer – Kiril Burlov (Azərbaycan)

Qızlar arasında 9-12 yaş
I yer – Aleksandra Kuskina (Rusiya)
II yer – Leah Makkennel (Böyük Britaniya)
III yer – Arina Nagayeva (Rusiya)

Oğlanlar arasında 9-12 yaş
I yer – Kiril Kostin (Rusiya)
II yer – Qan Mədətoğlu (Azərbaycan)
III yer – Aleksandr Dirodniy (Rusiya)

Qızlar arasında 13-17 yaş
I yer – Nurəl Hacıbəyli (Azərbaycan)
II yer – Lüdmila Podqornaya(Azərbaycan)
III yer – Vasilisa Kandrakina (Rusiya)

Oğlanlar arasında 13-17 yaş
I yer – Panke Carl- Leo ( Almaniya)
II yer – Amin Şıxov (Azərbaycan)
III yer – Samuel Povsney (Böyük Britaniya)

Həmin kateqoriyadan